Xankəndidəki oyunu idarə edən hakim:

Xankəndidəki oyunu idarə edən hakim: "Həyatımın ən vacib matçı idi" – VİDEO  

Hazırda oxunan: Xankəndidəki oyunu idarə edən hakim: "Həyatımın ən vacib matçı idi" – VİDEO  
171010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu, həyatımın ən vacib matçı idi". 

Bizim.Media xəbər verir ki, bunu Xankəndi şəhər stadionunda "Qarabağ" və MOİK komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu idarə etmiş baş hakim Əli Əliyev Peşəkar Futbol Liqasının mətbuat xidmətinə açıqlamasında deyib. 

Referi işğaldan azad olunmuş torpaqlarda ilk qarşılaşmanın hakimi olduğu üçün qürur hissi keçirdiyini bildirib. 

Vətən müharibəsi iştirakçısı həm döyüşlərdə ədaləti bərpa etməyə çalışdıqlarını, həm də yaşıl meydanlarda ədaləti qoruduqlarını söyləyib: "Bununla fəxr edirəm. Dövlətimə və millətimə minnətdaram. Müharibədə də bizi çox dəstəklədilər. Təyinat gələndə çox qürurlandım. Atmosfer çox gözəl idi. İnsanlar da "şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirirdilər. Döyüşçü kimi orada hisslər tam başqa idi. Fikrimiz irəli getmək və torpaqlarımızı azad etmək idi. Hakim kimi də əziyyətimizin bəhrəsini gördük. Çox sevinirdik". 

Qeyd edək ki, Xankəndi şəhər stadionundakı qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO