“Mançester Yunayted”in futbolçusu “Bavariya”ya keçir

“Mançester Yunayted”in futbolçusu “Bavariya”ya keçir

Hazırda oxunan: “Mançester Yunayted”in futbolçusu “Bavariya”ya keçir

165520

Rafael Varan “Mançester Yunayted”dən ayrılır.  

Baş məşqçi Erik ten Haqla yola getməyən mərkəz müdafiəçisi elə bu qış iş yerini dəyişmək niyyətindədir.  

Bizim.Media xəbər verir ki, Fransa millisindəki karyerasını erkən başa vuran futbolçu daim oynaya biləcəyi komanda axtarır.  

Belə bir təklif isə “Bayern”dən gəlib. Münhenlilər transfer dəyəri 20-30 milyon avro olan müdafiəçiyə ciddi maraq göstərir.

Transferə əngəl ola biləcək yeganə məqam Varanın maaşıdır. İngiltərədə ilə 17 milyon avro qazanan Rafaelin Bundesliqada eyni miqdarı qazanması müşküldür. 
30 yaşlı Varan 2021-ci ilin yayında 40 milyon avro qarşılığında “Real”dan Premyer Liqa klubuna keçib. Onun mançesterlilərlə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO