Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb - FOTO 

Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb - FOTO 

Hazırda oxunan: Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb - FOTO 
151932
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycanın bir boksçusu finala yüksəlib, ikisi bürünc medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Mexlarə Məmmədova qazaxıstanlı Anel Kudalbergenlə mübarizədən məğlub ayrılaraq, üçüncü yerin sahib olub. 

Daha sonra rinqə çıxan Tural Sarıyev (51 kiloqram) Rusiya təmsilçisi Andrey Salatova qalib gələrək finala vəsiqə qazanıb. 

Şəmsi Şahbazov (71 kiloqram) yarımfinalda Venesueladan olan rəqibi Cedeno Zarrameniyə uduzduğu üçün yarışı bürünc medalla başa vurub. 

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar. 
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar. 

Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb - FOTO  - foto 1
Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb - FOTO  - foto 2
Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb - FOTO  - foto 3
Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb - FOTO  - foto 4

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO