Avropa birinciliyində 2 boksçumuz medalı təmin etdi

Avropa birinciliyində 2 boksçumuz medalı təmin etdi

Hazırda oxunan: Avropa birinciliyində 2 boksçumuz medalı təmin etdi

151848

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, mərhələnin ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqdən qalib ayrılıb.

Boks Federasiyasının İdarə Heyətinin üzvü, yığmanın baş məşqçisi Rövşən Hüseynovun rəhbərlik etdiyi komandada İsmayıl Vəliyev (70 kq) italiyalı Françesko di Palmo ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 4:0 (30:27, 29:28, 29:28, 28:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
Onun uğurunu Səftər Məmmədzadə (90 kq) də davam etdirib. Batu Basla (Türkiyə) qarşılaşan təmsilçimiz ikinci raundda tam üstünlüklə qalib gəlib.

Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, 1/4 finalın ikinci günündə Toğrul Quliyev (57 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO