"Neftçi"nin futbolçusu: "Beşiktaş"a qarşı oynamaq xoşdur"

Hazırda oxunan: "Neftçi"nin futbolçusu: "Beşiktaş"a qarşı oynamaq xoşdur"
151163
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bizi çətin oyun gözləyir. Rəqibimiz çox güclü komandadır. Amma bu cür komandaya qarşı oynamaq xoşdur". 

Bizim.Media Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yuri Matias Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Beşiktaş"a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.  

O, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:  

"Futbolda hər şey mümkündür. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. İlk oyunda qolları qolları səhvlərdən buraxdıq. İkinci hissədə nə qədər qol imkanları yaratdıq ki, ən azından heç-heçə edək. Buraxdığımız qollar oyunun nəticəsini həll etdi. Bilirik, səhvlər etmişik. Amma çalışacağıq ki, sabah bunları təkrarlamayaq". 
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda "Beşiktaş" 3:1 hesablı qələbə qazanıb. Sabah İstanbulda keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO