Messi ABŞ klubunda 9-cu qolunu vurdu - VİDEO

Messi ABŞ klubunda 9-cu qolunu vurdu - VİDEO

Hazırda oxunan: Messi ABŞ klubunda 9-cu qolunu vurdu - VİDEO
151011
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-ın "İnter Mayami" klubunun bombardirləri siyahısında üçüncü pilləyə yüksəlib.

Bizim.Media xəbər verir ki, 36 yaşlı hücumçu buna "Filadelfiya Yunion"a 4:1 hesabı ilə qalib gəldikləri Liqa Kubokunun yarımfinal matçında fərqlənməklə nail olub.

Təcrübəli forvard 20-ci dəqiqədə ikinci qolu rəqibin qapısından keçirib. Messi "İnter Mayami"də meydana çıxdığı 6 qarşılaşmada 9 qola imza atıb. O, komanda yoldaşı Robert Teyloru geridə qoyub.

MLS təmsilçisinin bombardiri isə 29 qolla Argentina yığmasının sabiq üzvü Qonsalo İquaindir. İkinci sırada "İnter Mayami"nin digər oyunçusu Leonardo Kampana (16 qol) qərarlaşıb.

Qeyd edək ki, Lionel Messinin klubu ilə müqaviləsi 2025-ci ilə qədər qüvvədədir.


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO