Güləşçilərimiz Polşada 1 qızıl və 1 gümüş medal qazandı

Güləşçilərimiz Polşada 1 qızıl və 1 gümüş medal qazandı

Hazırda oxunan: Güləşçilərimiz Polşada 1 qızıl və 1 gümüş medal qazandı
148614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşada güləş üzrə beynəlxalq turnir davam edir. 

Bizim.Media xəbər verir ki, yarışın dördüncü günündə sərbəst güləş üzrə yığmanın 2 üzvü mübarizə aparıb.

Osman Nurmaqomedov (92 kq) startda polşalı Filip Roqut üzərində inamlı qələbə qazanıb – 9:0. Nurmaqomedov daha sonra iki amerikalı güləşçini - Maykl Makkiavello (8:2) və Nikolas Stemmeti (11:0) məyus edib. Finalda polşalı Mixal Bielavskiyə heç bir şans tanımayan (10:0) Osman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Georgi Meşvildişvili (125 kq) əvvəlcə bolqarıstanlı Georgi İvanovu (11:0), daha sonra isə almaniyalı Gennadi Kudinoviçi (6:4) üstələyib.

Ancaq finalda amerikalı Nikolas Viazdovskiyə 2:9 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib. Sabah milli komandanın 6 üzvü turnirdə çıxış edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO