ABŞ-lı idmançı boks üzrə mütləq dünya çempionu oldu - VİDEO

ABŞ-lı idmançı boks üzrə mütləq dünya çempionu oldu - VİDEO

Hazırda oxunan: ABŞ-lı idmançı boks üzrə mütləq dünya çempionu oldu - VİDEO

148606

ABŞ-lı boksçu Terens Krouford 12 raunddan ibarət döyüşdə Errol Spensi məğlub edib.

Bizim.Media TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilən qarşılaşma 9-cu raundda nokautla başa çatıb.

Terens Krouford 66,68 kq çəki dərəcəsində mütləq dünya çempionu olub. O, Ümumdünya Boks Təşkilatının (WBO) titulunu qoruyub və Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Assosiasiyasının (WBA) Spensə məxsus titullarını alıb. Krouford 2018-ci ildən WBO kəmərinin sahibidir və onu yeddinci dəfə qoruyub.
Otuz beş yaşlı amerikalı peşəkar rinqdə indiyədək məğlub olmayıb - 40 qələbə (31 nokautla). O, qələbə seriyasını 11 döyüşə çatdırıb.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO