“Qızıl buts”un sahibi bu futbolçu olacaq

“Qızıl buts”un sahibi bu futbolçu olacaq

Hazırda oxunan: “Qızıl buts”un sahibi bu futbolçu olacaq

139796

Avropanın milli liqalarında ən çox qol vuran futbolçu üçün təsis olunan “Qızıl buts”un sahibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bunu mükafatı təqdim edən “European Sports Media”ya üzv olan “Marka” nəşri açıqlayıb.

“Mançester Siti”nin hücumçusu Erlinq Haland karyerasında ilk dəfə qitənin ən məhsuldar oyunçusu olub. Bəzi ölkələrdə çempionat bitmədiyindən nəzəri cəhətdən kiminsə onu keçməsi mümkündür. Buna baxmayaraq, “Marka” Premyer Liqada vurduğu 36 qolla 72 xal toplayan Halandı mükafatın sahibi elan edib.
“Tottenhem”də 30 qol vuran Harri Keyn 60 xalla ikinci olub. Kilian Mbappe PSJ-dəki 29 qolu ilə 58 xal toplayıb.

Qeyd edək ki, bundan əvvəlki son iki mövsümdə “Qızıl buts”u Robert Levandovski qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO