Velosipedçilərimiz “Tour De Albaniya”nın ən GÜCLÜLƏRİ SIRASINDA

Velosipedçilərimiz “Tour De Albaniya”nın ən GÜCLÜLƏRİ SIRASINDA

Hazırda oxunan: Velosipedçilərimiz “Tour De Albaniya”nın ən GÜCLÜLƏRİ SIRASINDA
137991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 24-də Albaniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının üçüncü mərhələsi keçirilib. 

Bizim.Media xəbər verir ki, şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil edilən 5 mərhələli veloturun 3-cü yarış günündə 9 ölkədən 11 komandanın tərkibində ümumilikdə 57 idmançı mübarizə aparıb. Velosipedçilər Elbasan - Vlore marşrutu üzrə 142 km məsafə qət ediblər. 

Yarışda iştirak edən Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandasının üzvlərindən Samir Cəbrayılov və Musa Mikayılzadə xüsusi əzmkarlıq göstəriblər.

Onlar düzgün taktiki gedişlərdən istifadə edərək finiş xəttini liderlər qrupunun tərkibində keçiblər. Fotofinişə əsasən, S.Cəbrayılov (03:06:42) 5-ci, M.Mikayılzadə (03:06:42) isə 6-cı yerə layiq görülüblər. Hər iki idmançımız mərhələnin qalibi olan Serbiya milli komandasının üzvü Luka Turkulov ilə eyni göstəriciyə imza atıblar. 

Digər velosipedçilərimizdən Şahin Eyvazov (03:06:44) 13-cü, Kamran Mirzəxanov (03:07:48 ) 22-ci, Nəcəf Bağırov (03:16:29) 39-cu yerlə kifayətləniblər.  

Üç mərhələnin yekununa əsasən ümumi təsnifatda M.Mikayılzadə (09:49:42) 5-ci, S.Cəbrayılov (09:51:00) 7-ci, Azərbaycan milli komandası (29:36:41) isə 6-cı yerdə qərarlaşıblar. 

Qeyd edək ki, üçüncü mərhələdə Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Serbiya, Rumıniya, Belçika, Makedoniya və Böyük Britaniyanı təmsil edən komandalar mübarizə aparıblar. 

Xatırladaq ki, mayın 23-də keçirilən ikinci mərhələdə idmançılarımızdan ən yaxşı nəticələri M.Mikayılzadə və K.Mirzəxanov göstəriblər. M.Mikayılzadə (03:21:45) 13-cü, K.Mirzəxanov (03:21:45) isə 14-cü yerə layiq görülüblər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO