
- A-
- A
- A+
İdman
08:09 / 18.05.2023
1 dəq oxunma
Çempionlar Liqası: “Mançester Siti” finalda “İnter”in rəqibi oldu
Hazırda oxunan: Çempionlar Liqası: “Mançester Siti” finalda “İnter”in rəqibi oldu
136556
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
UEFA Çempionlar Liqasının finalçıları müəyyənləşib.
Bizim.Media xəbər verir ki, yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşıb.
"Etihad" stadionunda keçirilən qarşılaşma Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.
Polşalı FIFA referisi Şimon Marçinyakın idarə etdiyi oyunda Bernardu Silva dubl edib, digər qolları Manuel Akanci və Xulian Alvares vurublar.
İki oyunun nəticəsinə görə, “Mançester Siti” klubu UEFA Çempionlar Liqasının finalına yüksəlib.
Qeyd edək ki, turnirin finalında Mançester klubu İtaliyanın “İnter” komandası ilə qarşılaşacaq. Görüş iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün































































































