
- A-
- A
- A+
İdman
08:23 / 15.05.2023
1 dəq oxunma
“Barselona” klubu İspaniya çempionu oldu
Hazırda oxunan: “Barselona” klubu İspaniya çempionu oldu
135984
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Barselona” futbol klubu İspaniya çempionu olub.
Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın bitməsinə 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
“Barselona” La Liqanın XXXIV turu çərçivəsində “Espaniol”u 4:2 hesabı məğlub edərək xallarının sayını 85-ə çatdırıb. Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Real Madrid”in hesabında 71 xal var.
“Barselona” klubunun yarımmüdafiəçisi Serxio Buskets Kataloniya təmsilçisinin heyətində 32-ci titulunu qazanıb. Futbolçu 9 dəfə İspaniya çempionu, 7 dəfə ölkə kuboku və Superkubok yarışlarının qalibi olub. Üç dəfə Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatında baş mükafata sahib olub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün





























































































