“Baku Open 2023” başa çatdı - FOTO 

“Baku Open 2023” başa çatdı - FOTO 

Hazırda oxunan: “Baku Open 2023” başa çatdı - FOTO 
135866
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat üzrə “Baku Open”  Beynəlxalq Şahmat Festivalına yekun vurulub. 

Bizim.Media xəbər verir ki, C qrupu üzrə qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib.

Festivalın C turnirində hər yaş qrupunda qalib olan şahmatçıların Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacağı barədə məlumat verilib. 

B qrupunda 7,5 xalı olan Akaki Qaliçava (Gürcüstan) üçüncü olub. 8 xal toplayan Fariz Əhmədov ikinci pillədə qərarlaşıb. Eyni xala malik Eldar Musayev əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb. 

A qrupunda qadınların yarışında milli komandanın üzvü Xanım Balacayeva ikinci yerə layiq görülüb. Bolqarıstan təmsilçisi Nurgül Səlimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Open turnirin A kateqoriyasında Hindistan şahmatçısı Leon Luke Mendonca 7 xalla yarışın qalibi adını qazanıb. 7 xala malik digər şahmatçılar Aleksandr İndjic (Hindistan) və Vladislav Kovalyov (FIDE) əlavə əmsallara görə müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşdürüb.  
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb. 

“Baku Open 2023” başa çatdı - FOTO  - foto 1
“Baku Open 2023” başa çatdı - FOTO  - foto 2
“Baku Open 2023” başa çatdı - FOTO  - foto 3
“Baku Open 2023” başa çatdı - FOTO  - foto 4
“Baku Open 2023” başa çatdı - FOTO  - foto 5
“Baku Open 2023” başa çatdı - FOTO  - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO