İki boksçumuz dünya çempionatının yarımfinalında - FOTO

İki boksçumuz dünya çempionatının yarımfinalında - FOTO

Hazırda oxunan: İki boksçumuz dünya çempionatının yarımfinalında - FOTO
135334
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin 2 boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.  

Bizim.Media xəbər verir ki, yığma üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurub. 

Dominqes yarımfinala gedən yolda Şoxcahon Abdullayevlə (Özbəkistan) döyüşüb. Dünya çempionumuz inamlı qələbə sayəsində ardıcıl ikinci dəfə mundialın 1/2 finalına yüksəlib. 

Onun uğurunu Abdullayev də davam etdirib. 1/4 finalda Nikoloz Beqadzelə (Gürcüstan) qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Abdullayev də ardıcıl ikinci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib. 
Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Qeyd edək ki, 1/2 final döyüşləri mayın 12-də olacaq. 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO