Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək

Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək

Hazırda oxunan: Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək

118768

Fevralın 7-də Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 

Bizim.Media xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığmamız Debretsendə İlham Əlimzanov və Zaur Məmmədovun rəhbərliyi altında 8 boksçu ilə təmsil olunacaq. Yarışda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Nicat Hüseynov (51 kq), Əzrək Bəbirov (57 kq), Cəlal Qurbanov (63,5), Rəşid Həsənov (71 kq), Kamran Şahsuvarlı (80 kq) və Eldar Quliyev (86 kq) rinqə çıxacaqlar.

Turnirdə Elxan Quliyev isə referilər sırasında yer alacaq. Bu gün Macarıstana yollanan komandamız fevralın 12-də Bakıya qayıdacaq.

Qeyd edək ki, yarışda 26 ölkədən 352 (227 kişi, 125 qadın) boksçunun iştirakı gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO