Dünya Kubokunda güləşçilərə təqdim ediləcək MEDALLAR - FOTO 

Dünya Kubokunda güləşçilərə təqdim ediləcək MEDALLAR - FOTO 

Hazırda oxunan: Dünya Kubokunda güləşçilərə təqdim ediləcək MEDALLAR - FOTO 
100535
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bakı İdman Sarayında təşkil olunacaq yarışın yekununda ilk 3 yeri tutacaq komandalara medallar təqdim ediləcək. Artıq Dünya Kuboku üçün sifariş edilmiş medallar hazırdır. Qızıl, gümüş və bürünc medalların ön tərəfində yarışın loqosu (loqonun fonunda Bakının rəmzlərindən sayılan Qız Qalası əks olunub) həkk edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Güləş üzrə Dünya Kubokunda bütün komandaların heyətləri açıqlandı


Medalın digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu əksini tapıb. Medalların yaşıl rəngli lenti də Dünya Kubokuna özəl olaraq işlənilib.

Xatırladaq ki, 6 komanda A (Türkiyə, İran, Qırğızıstan) və B (Azərbaycan, Serbiya, Dünya yığması) qrupunda yer alıb. Qrupların ikinciləri bürünc medal uğrunda mübarizə aparacaq. Qrupların qalibləri isə finalda kubok və qızıl medal uğrunda güləşəcək.

Bizim.Media

Dünya Kubokunda güləşçilərə təqdim ediləcək MEDALLAR - FOTO  - foto 1
Dünya Kubokunda güləşçilərə təqdim ediləcək MEDALLAR - FOTO  - foto 2
Dünya Kubokunda güləşçilərə təqdim ediləcək MEDALLAR - FOTO  - foto 3
Dünya Kubokunda güləşçilərə təqdim ediləcək MEDALLAR - FOTO  - foto 4
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO