Sumqayıtı su basıb -  FOTOLAR

Sumqayıtı su basıb - FOTOLAR

Hazırda oxunan: Sumqayıtı su basıb - FOTOLAR

62749
Sumqayıt şəhərində evləri su basıb. 

Bu barədə ANS PRESS-in “qaynar xətti”x9dnə sakinlər şikayət ediblər.

Sakinlərin sözlərinə görə, dünəndən bəri güclü yağış yağması nəticəsində İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsində evlərin həyətləri su ilə dolub.

“Evdən həyətə çıxa bilmirik. İş o yerə çatıb ki, su evlərə də dolur. İcra Hakimiyyətinə də demişik, gəlib baxıb, çıxıb gediblər. Heç bir tədbir görülmür”x9d, - deyə Elmar Salamov adlı şikayətçi bildirib.

Məsələ ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun Sosial-iqtisadi məsələlər üzrə müavi Sahib Quliyevin verdiyi məlumata görə, problem araşdırılacaq.

“İndi hadisə yerinə işçi göndərirəm. Problem tezliklə aradan qaldırılacaq”x9d, - deyə Sahib Quliyev bildirib.








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO