Külək orta məktəbin damını uçurdu

Külək orta məktəbin damını uçurdu

Hazırda oxunan: Külək orta məktəbin damını uçurdu
43343
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Ötən gün ölkə ərazisində əsən güclü külək şimal bölgəsində ciddi ziyan vurub. Zərərçəkənlərin ANS PRESS-ə verdikləri məlumata görə, güclü külək Şabran rayonunda Ağalıq kəndində çadırda yaşayan ailəyə qorxulu anlar yaşadıb. 

Belə ki, şiddətli külək nəticəsində yaxınlıqda olan irigövdəli çinar ağaclarının budaqları sınıb və çadırın üzərinə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Ev sahibi Rövşən Quliyevin sözlərinə görə ötən il baş verən zəlzələ nəticəsində onların evlərinə ciddi ziyan dəyib nəticədə dəymiş ziyanın aradan qaldırılması üçün 2 ildir ki, çadırda yaşayırlar. R. Quliyev bildirib ötən gecədən Rayon Fövqəladə Hallar Komissiyasına müraciət etmələrinə baxmayaraq onların şikayətləri ilə hələ ki maraqlanan olmayıb: “Burada yaşamaq çox təhlükəlidir. Niyə gəlib maralanmırlar. Gəlib bu iri çinar ağaclarını kəssinlər. Evlərin tikintisinin başa çatmasına baxmayaq bizə evə köçməyə icazə vermirlər”.

Şiddətli külək Şabran rayonun mərkəzində yaşayan Məcidov Hümbətin evinə də ciddi ziyan vurub. M. Hümbətin sözlərinə görə, külək oların evlərinin damını uçurub və evdə təhlükəli vəziyyət yaranıb. 

O, qeyd edib ki, yaranan vəziyyətlə əlaqədar olaraq Şabran Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Hələ ki, şikayətə baxanın olmadığı bildirilir.

Külək Quba ronunda yerləşən evlərə də ciddi ziyan vurub. Rayonun mərkəzində yaşayan Əliyev Qulu Əliağa oğlununa məxsus evin damını külək aparıb. Q. Əliyev yaranan problemlə əlaqədar olaraq Quba Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən isə ona məsələ ilə əlaqədar olaraq Komissiya yaradacaqlarını və evə dəyən ziyanın müəyyən ediləcəyini bildiriblər.

Şabran rayon İcra Hakimiyyətindən isə edilən şikayətlərə cavab gecikməyib. Rayon İcra başçısının müavini İsrafil Mikayılov ANS PRESS-ə açıqlamasında güclü külək nəticəsində Şabran rayonunda yerləşən Uşaq Dünyası binasının və 1 saylı Şabran rayon orta məktəbinin damı uçub. Onun sözlərinə görə, hazırda fəsadın aradan qaldırılması iştiqamətində işlər görülür. İ. Mikayılov həmçinin qeyd edib ki, rayon sakinləri külək nəticəsində onlara dəyən ziyan barəsində İcra Hakimiyyətinə müraciət etməyiblər: “Müraciət etsələr biz dəymiş ziyanı araşdırmağa hazırıq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO