Bu günlər Azərbaycanın dəstəyi ilə ABŞ-da 11 sentyabr hadisələri zamanı Pensilvaniyada həlak olmuş şəxslərin xatirəsinə ucaldılan Memorial kompleksin təməl qoyma mərasimi keçirilib. Moderator.az xəbər verir ki, bu barədə Amerika Azərbaycan Alyansının rəhbəri, iş adamı Anar Məmmədov özünün facebook səhifəsində yazıb. O xatırladıb ki, dəhşətli hadisələr zamanı terrorçuların ələ keçirdikləri daha bir təyyarə Ağ Evin binasına çırpılmalı idi. Lakin təyyarənin göyərtəsində olan igid insanların səyi nəticəsində, terrorçular istəklərinə nail ola bilmədilər və təyyarə Pensilvaniya ərazisində yerə düşdü və bu zaman təyyarənin göyərtəsində olan 7 ekipaj üzvü və 33 sərnişin həlak oldu: "Bu günlərdə isə həmin hadisə qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Pensilvaniya ərazisində Memorial kompleksin təməl qoyma mərasimi keçirildi. Təməli qoyulan Memorial kompleksə aparılan yolda Azərbaycan xalqından faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün yüz qayın ağacı əkildi. Həmin ağacların üzərində onların həmin dəhşətli hadisədə həlak olanların xatirəsinə məhz Azərbaycan xalqının adından əkildiyi yazılacaq. Onu da qeyd edim ki, 150 min ağac əkilmiş Memorial ərazisinin 1 hektarı Azərbaycana ayrılıb.

- A-
- A
- A+
Hadisə
12:17 / 13.09.2013
Anar Məmmədov Amerikada ağac əkdi -AÇIQLAMA
Hazırda oxunan: Anar Məmmədov Amerikada ağac əkdi -AÇIQLAMA
Hazırda oxunan: Anar Məmmədov Amerikada ağac əkdi -AÇIQLAMA
33773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































