Həmkarlar İttifaqının sədr müavininin evinə basqın - Həyat yoldaşını öldürdülər

Həmkarlar İttifaqının sədr müavininin evinə basqın - Həyat yoldaşını öldürdülər

Hazırda oxunan: Həmkarlar İttifaqının sədr müavininin evinə basqın - Həyat yoldaşını öldürdülər

32059


Bir neçə saat öncə  Bakıda dəhşətli qətl hadisəsi baş verib. Bir qrup naməlum şəxs Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavini  Aqil Dadaşovun Hökməli qəsəbəsindəki evinə silahlı basqın ediblər.  

Bu barədə məlumat verən Vesti.az saytı onu da vurğulayır ki, “çağrılmamış qonaqlar”ın basqını zamanı A. Dadaşov özü evdə olmayıb və onları ev sahibinin həyat yoldaşı Elmira Xəlilqızı qarşılayıb. Basqınçılar E. Xəlilqızının ürəyinə bir neçə bıçaq zərbəsi endiriblər. O, hadisə yerindəcə keçinib. İlkin məlumata əsasən, qatillər A. Dadaşovun evinə oğurluğa gəliblərmiş və onları kiminsə qarşılaya biləcəyini ağıllarına belə gətirməyiblər.

Xatırladaq ki, A. Dadaşov jurnalistdir. Uzun illər “Bakı” ”“ “Baku” qəzetlərində çalışıb, “Ülfət” qəzetinin baş redaktoru olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO