Xəzərdə gəmidə partlayış olub -  Yaralılar var (Rəsmi açıqlama)

Xəzərdə gəmidə partlayış olub - Yaralılar var (Rəsmi açıqlama)

Hazırda oxunan: Xəzərdə gəmidə partlayış olub - Yaralılar var (Rəsmi açıqlama)

270113
Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış barədə məlumat vermişdik. Gəmi “Saipem” şirkəti tərəfindən icarəyə götürüldüyü üçün hazırdaxa0 qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələrixa0 çalışırlar.

Moderator.az xəbər verir ki, oxu.az-a şirkətdən verilən açıqlamada yaralıların olması barədə məlumat yer alıb.

xa0“Saipem” təəssüflə xəbər veriri ki,xa0 mayın 8-dəxa0 axşam, təxminən 6:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsarfil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və hazırda “Citadel” gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılma işləri aparılır”,- deyə bildirilir.

Məlumatda qeyd edilir ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir:

“Yanğin tamamilə sondürülüb. Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. “Saipem” şirkəti vəziyyəti nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq”.

***xa0

Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.

Müxtəlif KİV-lərdəxa0 partlayış nəticəsində çoxlu sayda yaralının olması barədə məlumat yayılıb.

İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev oxu.az-a qəza baş verməsi faktını təsdiqləyib, lakin xəsarət alan olmadığını bildirib.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasındaxa0 texnolji avadanlıqlarin birindəxa0 qəza baş verməsi barədə məlumatlıyıq. Gəmi ilə davamlı əlaqə saxlayırıq.

Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələrixa0 çalışırlar. Dəqiq səbəblər haqqında məumatı “Saipem” yayacaq”,- deyə o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO