Sankt-Peterburqda adı “Rüstəm K.” kimi qeyd edilən bir müsəlmanın polis bölməsinin kamerasında ölü tapılması haqda xəbərlər yayılıb.xa0
Moderator.az yazır ki, bu haqda Rusiyann “78” telekanalı məlumat verib.xa0
Fevralın 21-də Rüstəm K. polis tərəfindən bilinməyən səbəblərdən saxlanılıb. Polis avtomobilində Nevski rayon şöbəsinə aparılarkən fürsətdən istifadə edən Rüstəm qısa müddətə sosial şəbəkə vasitəsilə canlı video-yayıma qoşulub və başına gətirilənlərdən danışıb. O, bildirib ki,xa0 polislər həbs olunma səbəbinixa0 bildirmədən onu amansızcasına döyüblər. Müsəlman sözlərinin təsdiqi olaraqxa0 asayiş keşikçilərinin zərbələri nəticəsində ayaqlarında yaranmışxa0 yaraları göstərib.

“Məni polis maşınına mindirdilər. Nə üçün?Özüm də anlamıram.xa0 Bax. görürsünüz,xa0 ayağım nə gündədir? Sizə vəziyyət barədə məlumat verəcəm”,- deyə Rüstəm canlı yayımda söyləyib.
Ertəsi gün bu müsəlman polis bölməsinin kamerasında ölü vəziyyətdə tapılıb. Onunxa0 bədənində boğulma izləri olması haqda məlumat yayılıb. Qonşularından biri Rüstəmin ailəsini dinc bir ailə kimi təsvir edib,xa0 özünü isə “yaxşı oğlan” adlandırıb.
“Sakit bir ailəyə bənzəyirdi. İki il öncə burada mənzilxa0 alıblar. Rüstəm səhərxa0 işə gedib axşam da gəlirdi. O,xa0 tatar idi, müsəlman idi. Yaxşıxa0 oğlan idi, - deyə qonşusu bildirib.
Rusiya Federasiyasının İstintaq Komitəsi bir müddət öncəxa0 polis tərəfindən döyülməsi barədə məlumat verənxa0 yerli sakininxa0 Sankt-Peterburqdakı polis bölməsindəki ölüm faktı ilə bağlı cinayət işi açıb. Araşdırma aparılır.
Sultan Laçın





































































































