Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

Hazırda oxunan: Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

638349

Bakıda kişi qonşusunu döyüb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən “İnci” şadlıq sarayının qarşısında qeydə alınıb.
 

Məlumata görə, 42 yaşlı Şücaət Nəcəfov (şərti adla) qonşusu Səlimi (şərti adla) küçədə əvvəlcə baş, sonra isə bir neçə yumruq zərbələri ilə döyüb. Nəticədə zərərçəkənin burnu sınıb, həmçinin bir sıra digər xəsarətlər alıb.


Hadisəyə səbəb isə Səlimin “İnci” şadlıq sarayında keçirilən toy məclisində Şücaətə salam verməməsi olub. Toyda onların hər ikisi müəyyən miqdarda araq içiblər. Şadlıq sarayından çıxarkən Şücaət Səlimdən ona niyə salam vermədiyini soruşub və qoluna girmək istəyib. Lakin Səlim onu itələyib və sözügedən insident də bundan sonra baş verib.

Faktla bağlı Ş. Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs hadisə vaxtı içkili olduqlarını, əməlindən peşman olduğunu və zərərçəkənlə barışdıqlarını bildirib.

Zərərçəkən Səlim də həmçinin Şücaətə qarşı şikayətinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə Ş. Nəcəfov 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona həmçinin elektron qolbaq taxmaq, saat 22:00-dan səhər 7-dək yaşadığı evi, cəza müddətində isə Bakı, Abşeron və Sumqayıtı tərk etməmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO