SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

611915

Çernobilin mühafizə zonasında genişmiqyaslı meşə yanğını baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “Telegram” kanalında məlumat verilib.

Bildirilir ki, yanğının sahəsi təxminən 1100 hektardır. Quru hava şəraiti və güclü külək səbəbindən alov sürətlə yayılır.
 

Məlumatda qeyd olunur ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Xidmətinin bölmələri, xüsusi texnika və digər qurumların qüvvələri cəlb olunub. Xilasedicilər gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.


Yanğının Çernobil AES-ə təhlükə yaradıb-yaratmaması ilə bağlı hələlik məlumat verilməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO