BQXK rəsmisi: Ermənilərə un və tibbi ləvazimatlar göndərilib - VİDEO

BQXK rəsmisi: Ermənilərə un və tibbi ləvazimatlar göndərilib - VİDEO

Hazırda oxunan: BQXK rəsmisi: Ermənilərə un və tibbi ləvazimatlar göndərilib - VİDEO
155677
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Qırmızı Xaç Komitəsi həm Laçın, həm də Ağdam yolundan keçməklə yük maşınları ilə insanlara lazım olan humanitar yük çatdırdı. Bu, un və tibbi ləvazimatlardır.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ağdam-Xankəndi yolunda jurnalistlərə müsahibəsində BQXK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İlahə Hüseynova deyib ki, razılıq olsa, BQXK əməliyyatları davam etdirəcək: “Biz çox şadıq ki, humanitar konsensus əldə olundu və bu əməliyyat baş tutdu. Ümid edirik ki, bu addımlar insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasına dəstək olacaq”.

Qurum rəsmisinin sözlərinə görə, ötən ilin dekabrından indiyədək BQXK-nın humanitar fəaliyyəti çərçivəsində 800-dən çox insanın tibbi təxliyəsi həyata keçirilib, həmçinin Laçın yolu vasitəsilə tibbi ləvazimatlar çatdırılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO