“Beynəlxalq təşkilatlar çalışır ki, ilin sonunadək müharibə başlamasın...”x9d

“Beynəlxalq təşkilatlar çalışır ki, ilin sonunadək müharibə başlamasın...”x9d

Hazırda oxunan: “Beynəlxalq təşkilatlar çalışır ki, ilin sonunadək müharibə başlamasın...”x9d

95917

Amerika iki ölkənin nazirlərini Nyu-Yorkda görüşdürəcək; Qarabağla bağlı yeni hesabat nəyi dəyişəcək?xa0


“Sentyabrın 24-25-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq”x9d. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov xa0keçirdiyi xa0mətbuat konfransında deyib. Onun sözlərinə görə, əvvəl həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrıca görüşəcək:xa0

“Sonra birlikdə görüş baş tutacaq. Son vaxtlar atəşkəs rejiminin pozulması intensivləşib. Ümid edirəm ki, bu görüşdə bununla bağı bu bir nəticə olar. Rusiya bu sahədə öz diplomatiyasını gücləndirib. Sergey Lavrov Azərbaycana gəldi, mən Moskvada oldum. Amma nəticə üçün işləməliyik. Bəzi məsələləri razılaşdırmalıyıq. Rusiya ATƏT FT-nin Minsk Qrupuna dəstəyini davam etdirir. Çalışacağıq ki, bir nəticə alaq, amma əvvəldən demək çətindir”x9d (APA).xa0

Qeyd edək ki, BMT-nin Baş Assambleyası çərçivəsində prezidentlərin görüşünün təşkil olunmasına hazırlıq görülsə də, sonradan bunun baş tutmadığı məlum oldu.xa0
Sentyabrın 15-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Komitəsinin Dağlıq Qarabağ xa0münaqişəsi üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri də son gərginliklərlə əlaqədar idi. Bu mənada onun Qarabağ münaqişəsi ilə bağlı hazırlayacağı hesabata da ümidlə yanaşanlar var. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov onunla görüşündə bir sıra faktları çatdırıb. “Suriyadan olan erməni qaçqınları Dağlıq Qarabağda yerləşdirməsi ilə Ermənistan Cenevrə konvensiyaları əsasında üzərinə götürdüyü öhdəlikləri pozur”x9d - nazir bildirib. E. Məmmədyarov ATƏT FT-nin Minsk Qrupunun həmsədrlərinin Vyanada Minsk Qrupunun digər üzvləri ilə məsləhətləşmə və məlumatlandırma xarakterli görüşlər keçirməsinin müsbət hal olduğunu deyib. O əlavə edib ki, ATƏT FT Minsk Qrupunun bütün üzvləri, eləcə də müvafiq beynəlxalq təşkilatlar da münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT xa0nizamnaməsi əsasında həlli prosesinə töhfə verməlidirlər.
İşğalçılıq siyasəti səbəbindən bölgədə gərginliyin qaldığı bir dönəmdə Ermənistan prezidentinin həyasızcasına Azərbaycandan şikayət etməsi də erməni simasını bir daha açır.


xa0“Ermənistanla Azərbaycan sərhədindəki gərginlik bölgədə sabitliyin pozulmasına gətirə bilər”x9d. Tacikistanın paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib. İclasdan sonra Ermənistan prezidenti jurnalistlərə KTMT dövlət başçıları ilə məhdud tərkibdə “kəskin məsələlərin”x9d müzakirə edildiyini bildirib. Ermənistan prezidenti bəyan edib ki, “diqqəti xüsusilə Ermənistan-Azərbaycan sərhədi və Azərbaycan-Qarabağ təmas xətti boyunca gərginliyin artması təhlükəsinə çəkərək”x9d, KTMT dövlət başçılarına Cənubi Qafqaz bölgəsindəki vəziyyət haqqında məlumat verib.xa0


Politoloq Arzu Nağıyev vəziyyəti şərh edərkən “Yeni Müsavat”x9da xatırladıb ki, Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər üzrə Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi, Böyük Britaniyadan olan parlamentar Robert Valterin ölkəmizə bu il ikinci səfəri olacaq:xa0“Bundan əvvəl o, martın 12-13-də Azərbaycanda səfərdə olub və münaqişə bölgəsində gərginliyin artması ilə bağlı məruzə hazırlayıb və təəssüflə qeyd etmək lazımdır ki, həmin məruzə heç bir müsbət effekt verməyib. Hazırda Azərbaycanda səfərdə olan Valter müdafiə naziri Zakir Həsənovla görüşüb və nazir regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ona ətraflı məlumat verib, eyni zamanda Ermənistan tərəfindən beynəlxalq hüququn normalarının pozulmasını və qoşunların təmas xəttində gərginliyin artmasının səbəblərini açıqlayıb. Robert Valterin vəziyyətlə yerində yaxından tanış olmaq üçün cəbhəboyu zonaya və xüsusilə təmas xəttinə səfər etmək xahişi də müsbət qarşılanıb və onun rəhbərliyi ilə nümayəndə heyəti təhlükəsizliyi təmin olunmaqla təmas xəttinə, eyni zamanda yerli əhali və şəxsi heyətlə görüşə yollanıb.xa0


Bundan başqa, xarici işlər naziri Elmar Məmmədyarov da Robert Valteri qəbul edib və münaqişənin həlli ilə bağlı müzakirələr aparıb, hətta Suriyadan olan qaçqınların Dağlıq Qarabağ ərazində yerləşdirilməsi məsələsini də nəzərinə çatdırıb. Bir sözlə, Robert Valter və onun gələcək məruzəsi üçün Azərbaycan tərəfi hər cür şərait yaradıb. Düşünürəm ki, o, təmas xəttinin digər tərəfinə də səfər edəcək və yekun məruzə ilə çıxış edəcək".xa0
A.Nağıyevə görə, onun hazırladığı məruzə və ya hesabat yəqin ki, ümumi anlayış xarakterli olsa, yenə də əvvəlik effektini verəcək və bir daha ATƏT-in münaqişə ilə bağlı bəyanatdan başqa bir iş görə bilmədiyinin şahidi olacağıq: “Digər tərəfdən, məhz təmas xəttində olmaq, əhali ilə görüşmək, problemləri öz gözü ilə görmək də vacib məsələdir. Məlumdur ki, Azərbaycan Madrid prinsipləri çərçivəsində münaqişənin həllini daima müsbət qarşılayır, çünki əsas şərt ərazi bütövlüyüdür, bir də təcavüzkar Ermənistanın hərbi birləşmələrinin ərazilərimizi qeyri-şərtsiz tərk etməsidir. Əgər bu məsələlər Robert Valterin hesabatında öz əksini tapsa, onun səfərini müsbət qiymətləndirmək olar, tapmasa, ATƏT-in regiona növbəti bir lüzumsuz səfəri kimi yadda qalacaq”x9d.


Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, beynəlxalq təşkilatlar əllərindən gələni edir ki, bu ilin sonuna qədər müharibə başlamasın:xa0“Məhz bu məqsədlə prezidentlərin BMT-də görüşü planlaşdırılmışdı. Ancaq alınmadı. Çünki danışıqlarda irəliləyiş yoxdur, prezident İlham Əliyev görüntü xatirinə erməni həmkarı ilə görüşə ehtiyac duymadı. Nəticəsiz görüşlər İrəvana lazımdır ki, özünü ”x9dsülhpərvər" göstərsin, eyni zaman işğala yönəlik status-kvonu uzatsın. Bu isə bizim maraqlara cavab vermir. Odur ki, vasitəçilər qorxdular ki, prezidentlərin Nyu-Yorkda görüşməməsi cəbhə bölgəsindəki vəziyyəti daha da gərginləşdirə bilər. Buna baxmayaraq, heç olmazsa xarici işlər nazirlərini görüşə razı saldılar. Bunun davamı kimi ilin sonuna qədər prezidentləri görüşdürmək istəyəcəklər. Beləliklə, vasitəçilər günləri, ayları, illəri uzatmaqla məşğuldurlar, ortada irəliləyiş yoxdur, bir gün də ayılacaqlar ki, ağır texnika işə düşüb, bölgədə elə bir vəziyyət yaranıb ki, aləm bir-birinə dəyib. Onda vasitəçilərə vəziyyəti sabitləşdirmək, qarşı duran tərəfləri ayırmaq daha çətin olacaq".xa0

E.Şahinoğlu deyir ki, ümumiyyətlə, AŞ PA Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisinn təyinatı müsbət haldır:xa0“AŞ PA birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlik bir neçə qətnamə qəbul edib. Həmin qətnamələrdən Ermənistan narazı qalıb. Bu mənada AŞ PA Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valterin bölgəyə səfəri təqdirəlayiqdir. Robert Valter yəqin ki, münaqişənin həlli ilə bağlı hesabat hazırlayacaq və bu hesabatı bir müddətdən sonra AŞ PA-nın müzakirəsinə çıxaracaq. Ona görə vacibdir ki, həmin hesabatda münaqişənin mərhələli həlli vurğulansın. Digər tərəfdən, hesabatda Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyinin də yer alacağı istisna deyil. Rəsmi Bakının tənqid etdiyi Avropa Parlamenti də vaxtilə Dağlıq Qarabağla bağlı qətnamə qəbul edərkən, orada işğal altındakı torpaqların boşaldılmasının vacibliyinə diqqəti çəkmişdi. Bu cür qətnamələr və hazırlanan hesabatlar bir daha ondan xəbər verir ki, Azərbaycan Avropa təşkilatları ilə əməkdaşlığını davam etdirməlidir. Avropa Birliyi və AŞ PA ilə münasibətlərin soyuması bizim xeyrimizə deyil. Bu qurumlar insan haqları ilə bağlı Azərbaycan hakimiyyətini tənqid edə bilərlər, ancaq unutmaq lazım deyil ki, adıçəkilən təşkilatlar Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edirlər”x9d.

Ekspertə görə, buna baxmayaraq, ümidlərimizi bu cür hesabatlara bağlamaq da düzgün deyil:xa0“ATƏT həmsədrlərinin 20 ildən çox fəaliyyəti göstərdi ki, heç bir xarici güc Dağlıq Qarabağ münaqişəsini bizim əvəzimizə həll etməyəcək. Münaqişənin həllini işğalçıya biz diktə etməliyik. Əgər üstünlük bizə keçsə, beynəlxalq təşkilatlar da bu amillə hesablaşacaqlar. Kimsə bizə əmr edə bilməz ki, misal üçün, Ağdam və Füzulini azad etməyək, Şuşa, Kəlbəcər və ya Laçına desant qüvvələri çıxarmayaq. Bu torpaqların ermənilərə dəxli olmadığını beynəlxalq təşkilatlar da bilir. Əgər Ermənistan indiki status-kvonu qorumağa çalışırsa, bizim də məqsədimiz Dağlıq Qarabağda 1988-ci ilə qədər mövcud olan status-kvonu bərpa etməkdir. Yəni ermənilər Xankəndində yaşamağa davam edəcəklərsə, Şuşa, Laçın və Kəlbəcərdə də azərbaycanlılar yaşamalıdırlar”x9d.


Hərbi ekspert Üzeyir Cəfərov Sərkisyanın şikayətini təsadüf saymır:xa0“Çərşənbə axşamı Tacikistan paytaxtında keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasını və orada müzakirə edilən məsələləri böyük maraqla gözləyirdim. Ona görə yox ki, bu qurum məni nə iləsə cəlb edir. Sadəcə, təxmin edirdim ki, bədnam qonşularımızın cinayətkar prezidenti Serj Sarkisyan sentyabrın 7-də Moskvada Putinin qonağı olanda Düşənbə ilə bağlı anons vermişdi ki, Azərbaycanın onlara yaşatdığı ”x9dnarahatçılığı" dilə gətirəcək. Elə gözlədiyim kimi də oldu. Çıxışı zamanı Ermənistan prezidenti öz vicdansızlığını bir daha ortalığa qoydu. Maraqlıdır ki, bir nəfər də olsun ona sual vermədi ki, ay Rusiyanın əlində oyuncaq olan Serj Azatoviç, sənin Azərbaycan torpaqlarında nə işin var ki, sən bu qədər narahatsan? Burda deyirlər, “oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı”x9d. Bu bədnam siyasətçi gözəl anlayır və yaxşı başa düşür ki, gec-tez Azərbaycan öz gücünü ortalığa qoyacaq. Və rəsmi Bakının yeganə istəyi ərazi bütövlüyünün təmin edilməsidir".xa0

Ü.Cəfərov xatırlatdı ki, Bakı heç bir halda Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaşanması marağında olmayıb:xa0“Əksinə, təmas xətti boyunca gərginliyi artıran da, təhlükə yaradan da məhz KTMT üzvü olan Ermənistandır. Bunu bu təşkilata üzv olan ölkələrin başçıları da yaxşı bilirlər. Həmən o Qazaxıstanın dövlət başçısı N.Nazarbayev, yaxud Belarus lideri A.Lukaşenko və digərləri o qədər də sadəlövh adamlar deyillər ki, Sarkisyanın avantürasına inansınlar. Onlar Azərbaycanın siyasi və hərbi rəhbərləri ilə ikitətəfli və çoxtərəfli görüşlər zamanı dəfələrlə bəyan ediblər ki, onlar Azərbaycanın haqq işini dəstəkləyirlər. Ona görə də dövlət başçılarının əksəriyyəti Cənubi Qafqaz bölgəsindəki vəziyyətin hansı durumda olmasından yaxşı xəbərdardılar”x9d.xa0

Hərbi ekspertə görə, Sərkisyanın narahatçılığı da özünü sığortalamaq niyyətindən irəli gəlir:xa0“İstəyir ki, sabah baş verə biləcək problemlər fonunda onun yaxası pis əllərdə qalmasın. Həm KTMT və digər qurumların yetkililəri dəfələrlə bəyan ediblər ki, onlar Qarabağ münaqişəsinə qarışmaq niyyətində deyillər və əgər sabah tərəflər arasında hər hansı toqquşma baş verərsə, onlar Ermənistana köməklik etmək iqtidarında olmayacaqlar. Bir sözlə, həm Putinin qəbulunda, həm də Tacikistanın paytaxtında Serj Sərkisyan bir daha göstərdi ki, onlar çox narahatdılar və Qarabağla bağlı əvvəlki əminlikləri get-gedə heçə enir. Şəxsən mənim düşüncəmə görə, Sarkisyanın narahatçılığına həqiqətən əsas var. Çünki əvvəlki illərdə olduğu kimi, onların yalanları və qeyri-səmimilikləri işlərinə yaramır. Faktiki, Rusiyadan başqa heç kim Ermənistana dəstək olmaq fikrində deyil. Ona görə də harda gəldi, kimə gəldi şikayətlənən erməni rəsmiləri, yaxşı olardı ki, doğru və düzgün nəticəyə gəlib addımlarını düzəldəydilər. Vaxt isə gözləmir”x9d.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO