“Avropa Parlamenti öz cavabını alacaq”x9d

“Avropa Parlamenti öz cavabını alacaq”x9d

Hazırda oxunan: “Avropa Parlamenti öz cavabını alacaq”x9d

95846
“Hər hansı təsisat Azərbaycanla münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, adekvat və qeyri-adekvat formada öz cavabını alacaq”x9d

“Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub. Tələsik formada qəbul olunan bu qətnamədə Azərbaycanla bağlı qərəzli və böhtan xarakteri daşıyan iddialar irəli sürür”x9d.
xa0
Moderator.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Firudin Sinirlioğlu ilə keçirdiyi mətbuat konfransı çərçivəsində APA-ya eksklüziv müsahibəsində deyib:xa0
xa0
Nazir qeyd edib ki, qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq, etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrdən istifadə edilir: “Bu isə qəbuledilməzdir. Belə bir qətnamənin qəbul edilməsi heç bir diplomatik məntiqə sığmır. Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edilə bilməz. Tövsiyə edərdik ki, dəyərlərdən danışan Avropa Parlamenti bütün Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, İslamofobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsun”x9d.
xa0
E. Məmmədyarovun sözlərinə görə, təəssüf doğuran hal odur ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məzxərəyə qoyulması məsələsini müzakirə etmir və münasibət bildirmir. “Bildiririk ki, hər hansı bir təsisat Azərbaycanla münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, biz tərəfindən də adekvat və qeyri-adekvat formada öz cavabını alacaq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO