Gül:

Gül: "Azərbaycanla Ermənistan arasında guya atəşkəs var"

Hazırda oxunan: Gül: "Azərbaycanla Ermənistan arasında guya atəşkəs var"

75394
"Azərbaycan və Ermənistan arasında guya ki, atəşkəs var. Amma zaman-zaman ölümlə nəticələnən hadisələr yaşanır". 

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin keçmiş prezidenti Abdullah Gül "Financial Times" Türkiyə zirvəsinin qapanışı mərasimində deyib. O, qonşu ölkələrdə olanların Türkiyəni də yaxından maraqlandırdığını deyib.

"Təssüf ki, Azərbaycan topraqlarının bir qismi hələ də işğal altındadır. Türkiyə-Ermənistan münasibətləri hamımıza bəllidir. Bütün bunlar Avropa ilə Asiya arasında bir qapı olması gərəkən Qafqazı bir divar halına salıb". 

A.Gül bildirib ki, Qafqazda xroniki problemlər hələ də davam edir. "Qara dəniz sahilində olan ölkələr arasında hər zaman yaxşı iş birliyi olsun deyə çalışarkən birdən-birə Ukrayna böhranı, Krımın ihlaqı, Abxaziya, Osetiya məsələləri bu ərazini işbirliyi sahəsi olmaqdan uzaqlaşdırıb". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO