Rusiyada fəaliyyət göstərən “Azərros”x9d Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayının 2015-ci il yanvarın 17-də keçiriləcəyi barədə xəbər bu mövzuya bir daha diqqət yetirilməsi zərurəti yaradıb..
Qeyd edək ki, bir müddət əvvəl Federal Milli Mədəni Muxtariyyətin bir qrup üzvü növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü ilə çıxış edib. Qurultaya hazırlıq işləri ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin imzası ilə “Azərros”x9dun Federal Şurasının sədri Mehriban Sadıqovaya və “Azərros”x9dun prezidenti Asif Məhərrəmova ünvanlanan məktubda növbədənkənar qurultay keçirmək istəyən şəxsləri bu addıma vadar edən səbəblərdən bəhs olunub.
Mətni Moderator.az -a göndərilən həmin növbədənkənar qurultay keçirilməsi təşəbbüsündə bildirilib ki, onların narazılığına başlıca səbəb qurumun prezidenti A. Məhərrəmovun fəaliyyəti və davranışıdır. Konkret olaraq “Azərros”x9dun fəxri prezidenti Söyun Sadıqov və Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun xahişi ilə A. Məhərəmovun qurumun rəhbəri seçilməsindən sonra “Azərros”x9dun 2 il ərzində münaqişə, intriqa və şayiələr məkanına çevrildiyi vurğulanıb. Məktubda A. Məhərrəmovun “Azərros”x9du dağıtdıqdan sonra azərbaycanlıların digər təşkilatlarının məhvinə başladığı, habelə onun səyi nəticəsində 1998-ci ildən azərbaycanlıların Rusiya və digər ölkələrdəki fəaliyyəti haqqında audio-video materialların, habelə “Azərros”x9dun bütün arxivinin məhv edildiyi bildirilib.
Xatırladaq ki, "Azərros"a əvvəllər Söyün Sadıqov rəhbərlik edib. Daha sonra isə S. Sadıqov təşkilat rəhbərliyindən istefa verib. 2013-cü il yanvarın 25-də təşkilatın V qurultayı keçirilib. Qurultayda Ağsaqqallar Şurası yaradılıb. Ağsaqqallar Şurasına Abbas Abbasov, qurumun sədri vəzifəsinə isə Asif Məhərrəmov seçilmişdi...
Amma görünən odur ki, Rusiyadakı azərbaycanlı oliqarxlar da dil tapa bilmir və obrazlı desək, yola getmirlər. Bu bir daha onların siyasi baxımdan yetkin olmamaları və bunun nəticəsində antiAzərbaycan qüvvələrin siyasi oyunlarının alətinə çevrilməsini şərtləndirir. Halbuki həmin məhşur personaların hikkələri yerə-göyə sığmır...
Yeri gəlmişkən, bir müddət öncə Rusiyada yaşayan Azərbaycan əslli oliqarxların yaratdığı "Milyarderlər İttifaqı" adlanan qurum çox keçmədi ki, iflasa uğradı. Daha doğrusu, 2013-cü ildə Azərbaycan iqtidarına təzyiq etmək və taleyüklü prezident seçkiləri rəsmi Bakının Rusiyapərsət mövqeyə meylənməsinə nail olmaq üçün Kremlin diqtəsiylə yaradılmış "Milyarderlər İttifaqı" Rüstəm İbrahimbəyovun oynadığı ikibaşlı oyundan sonra sanki siyasi səhnədən geri çəkildi. Halbuki həmin qurumun təsis edilməsi Azərbaycan hakimiyyətində aşkar qıcıq yaratmışdı. O zaman Abbas Abbasov və Rüstəm İbrahimbəyov təsis etdikləri yeni qurumun yalnız Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həlli üçün fəaliyyət göstərəcəyini dilə gətirməkdən yorulmurdular. Amma Bakıda əmin idilər ki, əslində belə deyil və bu qurum Azərbaycan iqtidarından güzəştlər qoparmaq üçün Moskvanın diktəsiylə ərsəyə gətirilib...
Sonradan proseslər qismən səngidi və Putinin 2013-cü ilin avqustunda Bakıda zühur etməsindən və İlham Əliyevlə çox böyük ehtimalla ağır şərtlər altında siyasi sövdələşmələrə gedildikdən sonra sanki qurbağa gölünə daş atıldı. Bəlli oldu ki, Rüstəm İbrahimbəyovun siyasi lider kimi vitrinə çıxarılması da Moskvanın planlarının tərkib hissəsi imiş. Maraqlıdır ki, çoxsaylı ilıq mesajlarına baxmyaraq rəsmi Bakı başda Abbas Abbasov olmaqla azərbaycanlı oliqarxların Moskvanın əlində siyasi alətə çevrilməsini xəyanət kimi qəbul etdiyini hər addımda aşkar və gizli formada nümayiş etdirdi. Hətta Abbas Abbasovu Bakıda qəbuledilməz persona statusunadək aşağıladılar. Digər oliqarx Söyün Sadıkovu da eyni aqibət gözlədi və əslən Borçalıdan olan Söyün Sadıkovu Bakıda görmək istəmədilər.
İndi isə Azərros-da yeni küləklər əsməyə başlayıb. Asif Məhərrəmovun siyasi meyitə çerilməsi və növbədənkənar qurultayın keçirilməsi zərurəti əslində bir həqiqəti ortaya qoydu. Mayası haramla, daha dəqiq desək, siyasi fırıldaqla yoğrulmuş istənilən antiAzərbaycan qurum enində-sonunda iflasa məhkumdur. Bu eyni zamanda ilahi ədalətin təntənəsi kimi də xarakterizə edilə bilər. Çünki vaxtilə Azərbaycan iqtidarının səxavətindən külli miqdarda sərvətə sahiblənən eks vitse-primyer Abbas Abbasovun istefaya getdikdən sonra Moskvanın Bakını öz təsir dairəsinə almaq üçün hazırladığı çeşidli ssenarilərdə rol alması gerçəkdən çox üzücü idi. Ehtimal etmək olar ki, ona qarşıdan gələn parlament seçkilərində də Rusiyapərsətlərin əl-qol açması üçün növbəti məkrli projedə baş rollardan biri həvalə ediləcək. Ancaq bu projenin də iflasa uğrayacağını bəri başdan iddia etmək olar. Çünki "yalan ayaq tutar, yeriməz" zərb-məsəli var. Üstəlik, "Su səhəngi suda sınar" məntinə də əsaslansaq ehtimal etmək olar ki, çox da uzaq olmayan gələcəkdə Abbas Abbasovun özü də Asif Məhərrəmov kimi siyasi meyitə çevrilərək çıxdaş ediləcək və nəinki Bakıda, elə Moskvanın özündə də "ağsaqallıq"dan məhrum edilərək qəbuledilməz personaya çevriləcək...




































































































