Firudin Cəlilov Vətənə döndü

Firudin Cəlilov Vətənə döndü

Hazırda oxunan: Firudin Cəlilov Vətənə döndü

50293
Azərbaycanın görkəmli ziyalısı, keçmiş təhsil naziri Firudin Cəlilov artıq müalicəsini başa vuraraq Vətənə dönüb. Bununla bağlı öz facebook səhifəsində məlumatı paylaşan dəyərli ziyalımız hər kəsə təşəkkür edib. Onun fikirlərini oxucularımıza təqdim etməyi özümüzə borc hesab edirik, ən azından bu problemin çözümündə azacıq da olsa yardımçı olduğumuza görə bunu yazmağa haqqımız çatdığı qənaətindəyik:

"DOSTLAR, artıq Bakıya qayıtdım, evdəyəm, nəvələrim üçün çox darıxmışdım.
Ankarada Bayındır hospitalı həkimləri (əllərinə sağlıq) 5-6 saatlıq ağır əməliyat ilə mənə ikinci həyat verdilər. Bərpa olunmaq üçün sabah məni Xızıya aparacaqlar, yəqin 10-15 gün orada olacam, inşallah qayıdandan sonra sizlərlə xəbərləşərik.
Bu təşəkkür ismarışı ilə dostlara çatdırmaq istəyirəm ki, sağlamlığımla bağlı minlərlə insanın, dostun-tanışın şəfa diləyi, duası mənə mənəvi dayaq oldu, uca Tanrı hamınıza yar olsun. Xəstəliyim haqqında məlumatın ictimailəşməsini istəməsəm də, qarşısını yalnız bir müddət ala bildim, məndən xəbərsiz dostlar (özəlliklə, Tənzilə xanım), bir neçə millət vəkili, bir çox gənclər dövlət başçısına müraciət etdilər, bunu sosial şəbəkələrdə yaydılar, jurnalistlər saytlarda-qəzetlərdə yazdılar... 
Dostlar, sizin müraciətlərə ilgi göstərən və bundan öncəki əməliyata da qayğı ilə yanaşan dövlət başçısı cənab İlham Əliyevə, bu dəfəki əməliyatı gecikdirmədən nəzarətə götürüb məni Kömürükçü hospitalında müayinə etdirib, Türkiyəyə göndərən cənab Kəmaləddin Heydərova sizlərin və ailəm adından təşəkkür edirəm."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO