Milli Şuranın sessiyasının vaxtı və yeri bilindi

Milli Şuranın sessiyasının vaxtı və yeri bilindi

Hazırda oxunan: Milli Şuranın sessiyasının vaxtı və yeri bilindi

43728
Milli Şuranın sessiyasının keçirilməsi vaxtının təyin edilməməsi cəmiyyətdə və mətbuatda dedi-qodulara, şayiələrə rəvac verib. Hətta bəzi iddialara görə AXCP-nin qərargahdan çıxarılmasından sonra Milli Şuranın sessiyalarının keçirilməsi üçün məkanın yoxluğu qurumu çıxılmaz duruma salıb. Belə ki, Müsavatla körpülər yandırılıb, VHP-nin qərargahı təmirə dayanıb, başqa münasib yersə yox.
 Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu isə ən münasib məkanın elə onların qərargahı olduğunu bildirib. Mirmahmud ağa onu da bildirib ki, hətta Milli Şuranın əvvəlki böyük tərkibinin də toplantıları onların qəragahlarında rahatlıqla keçirilib.
Gecə saatlarında Moderator.az-a açıqlama verən MŞ Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal bildirdi ki, artıq dedi-qodulara gərək qalmayacaq və martın 29-da Milli Şura növbəti sessiyasını elə KXCP qəragahında keçirəcək:
"İndiki zamanda və şəratdə əlbəttə ən münasib məkan KXCP qərargahıdır, artıq MŞ-nın sessiyası bu gün saat 15-də KXCP-nin qərargahında keçiriləcək."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO