Bu günün havası -  Proqnoz

Bu günün havası - Proqnoz

Hazırda oxunan: Bu günün havası - Proqnoz

38706

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. 

Temperatur gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı ehtimalı var. 

Temperaturun gecə 8-13° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. 

Temperatur gecə 7-12° şaxta, gündüz 1-6° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur.

Temperaturun gecə 1-6° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Temperaturun gecə 0-5° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı ehtimal edilir. 

Temperatur gecə 0-3° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO