İnaqurasiya zamanı himnimizə hörmətsizlik...

İnaqurasiya zamanı himnimizə hörmətsizlik...

Hazırda oxunan: İnaqurasiya zamanı himnimizə hörmətsizlik...

35446

Həftənin şənbə günü İlham Əliyevin parlamentdə inaqurasiya mərasimi keçirildi. Diqqətçəkən bir məqam da mərasimdə dövlət himninin səsələndirilməsi zamanı demək olar ki, heç kimin onu oxumaması oldu. Tanınmış hüquqşünas, “Miqrantlara Hüquqi Yardım” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev  də parlamentdəki inaqurasiya mərasimini izləyərkən gördüklərindən üzülənlər arasındadır. Moderator.az-a açıqlamasında hüquqşünas çıxış yolu kimi cəza tədbirlərinə əl atılmasını təklif edib:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsinə əlavə və dəyişikliklər edilməlidir. Belə ki, həmin maddəyə əlavə və dəyişikliklərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı və Azərbaycan Respublikasının Dövlət Gerbi barədə törədilmiş təhqiredici hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Məncə rəsmi tədbirlərdə dövlət himnini oxumamaq da himnə münasibətdə təhqiredici əməl kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinin də tələbləri baxımından da bu dəyişiklik məntiqli olardı.”

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO