Tiflisdə
azərbaycanlıların yaşadığı məhəllədə “Ermənistan” adlı mağaza açıla bilər. Moderator.az-ın
Vesti.az-a istinadən məlumatına görə, ermənilərin bu addımı soydaşlarımızın
etirazına səbəb olub.
Qeyd
edək ki, 2011-ci ilin mayında Gürcüstan paytaxtında əhalinin əsas hissəsinin
erməni olduğu Avlabar rayonunda “Ermənistan" adlı mağaza açılıb. Mağazada
yalnız Ermənistanda istehsal olunan məhsullar satılır. Mağazanı idarə edən
erməni iş adamları biznes layihələrinin Tiflisdə uğurlu alındığını əsas
gətirərək, gələcəkdə paytaxtın başqa rayonlarında yeni marketlər yaratmaq
niyyətlərini gizlətməyiblər. Bu mağazalardan birinin Mirzə Fətəli Axundovun ev muzeyinin
yerləşdiyi küçədə açılacağı gözlənilir.
Bu
küçədə Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası da yerləşir.
Həmçinin yaxınlıqda olan məhəllədə yaşayanların əksəriyyəti azərbaycanlıdır. Ermənilərin
burda əsas məqsədi azərbaycanlılarla münaqişəyə cəlb etmək olduğu açıq aydın
görünür. Gürcüstan Parlamentinin üzvü, Ramin Bayramov açıqlamasında ermənilərin
azərbaycanlıların kompakt yaşadığı məhəllədə mağaza açmaq barədə xəbərlərin
fərziyyə olduğunu deməklə yanaşı artıq azərbaycanlıların buna etiraz etməyə
başladığını deyib.

- A-
- A
- A+
Gündəm
10:21 / 04.09.2013
Erməni təxribatı həmvətənlərimizi hərəkətə keçirdi
Hazırda oxunan: Erməni təxribatı həmvətənlərimizi hərəkətə keçirdi
Hazırda oxunan: Erməni təxribatı həmvətənlərimizi hərəkətə keçirdi
33178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































