Ərəstun Oruclu: “Şərqə, Qərbə boylanmaqdansa”¦”

Ərəstun Oruclu: “Şərqə, Qərbə boylanmaqdansa”¦”

Hazırda oxunan: Ərəstun Oruclu: “Şərqə, Qərbə boylanmaqdansa”¦”

32960

Yaxın günlərdə ABŞ Dövlət Departamentinin rəsmisi Tomas Meliyonun ölkəmizə səfəri planlaşdırılır. Maraqlıdır, ABŞ rəsmisinin ölkəmizə səfəri mövcud siyasi-ictimai vəziyyətə necə təsir göstərəcək? 

Mövzu ilə əlaqədar Moderator.az-a açıqlama verən “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, prezidentliyə namizəd Ərəstun Oruclunun bildirdiyinə görə, o bu səfərin nəticəsindən heç nə gözləmir: 

“Bu günə qədər Qərb dövlətlərinin və ABŞ-ın verdiyi bütün bəyanatlar Azərbaycan iqtidarının xeyrinə olub. Ona görə də mən hesab edirəm ki, Meliyonun səfərindən heç bir müsbət nəticə göstərməyə dəyməz. Ölkə vətəndaşlarının bütün hüquqları əlindən alınıb, söz azadlığı məhdudlaşdırılıb. Amma nə Meliyon, nə də onun təmsil etdiyi dövlət bu qanunsuzluqların aradan qalxması üçün heç nə etməyib. Hesab edirəm ki, biz xalq olaraq Şərqə, Qərbə boylanmaq əvəzinə öz problemlərimizi özümüz həll etməliyik” 

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO