Naxçıvandakı “Kazım Qarabəkir Paşa”
məscidinin axundu 400-ə qədər dindarı Ramazan ayının bayram namazını qılmaq
üçün məscidə buraxmayıb. Bunu “Turan”a Naxçıvandakı mənbələr bildirib.
Məscindin axundu bayram namazının avqustun
9-da qılınacağı əsas gətirərək bu addımı atıb. Bu isə dindarların arasında
narazılığa səbəb olub. Belə ki, aralarında əslən Türkiyədən olan türklər olmasına
baxmayaraq onlar da namaza buraxılmayıblar. Halbuki, Türkiyədə bayram namazı
avqustun 8-də qılınıb.
Bu məscidi Türkiyə tərəf tikib, bir müddət
məscidə Türkiyədən olan imamlar rəhbərlik ediblər. Sonradan məscidə rəhbərlik
Naxçıvandan olan din xadimlərinin əlinə keçib.






































































































