Ekspert-şərqşünas:

Ekspert-şərqşünas: "Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər"

Hazırda oxunan: Ekspert-şərqşünas: "Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər"

213769
Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər.

Bunu Trend-ə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi İrina Zvyagelskaya deyib.

Ekspertin sözlərinə görə, indi əlavə neytral danışıqlar arenasına ehtiyac var: “Region üzrə tərəfdaşları ilə, xüsusilə də Rusiya, Türkiyə, İran və İsraillə, başqa sözlə, Suriya prosesinə cəlb olunan ölkələrlə tolerant dialoq aparmaq bacarıqlarını nəzərə alsaq, Azərbaycanın danışıqlar arenası kimi təşəbbüslərinə tələbat ola bilər”.

İ.Zvyagelskaya əlavə edib ki, bu kontekstdə Astananın təcrübəsi faydalıdır: “Azərbaycan regiondakı geostrateji mövqeyini nəzərə almaqla danışıqlar arenası qismində öz potensialını artıra bilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO