Feysbuk şirkəti jurnalistlər və KİV nümayəndələri üçün informasiya axtarışı sistemi yaradıb
Axar.az xarici mediaya istinadən xəbər verir ki, “Signal”x9d adlanan yeni layihə Feysbuk və İnstaqram servislərində xəbərləri və populyar mövzuları izləməyə imkan verir.
xa0
Feysbukun xəbərlər və qlobal media bölməsinin rəhbəri Endi Mitçelin sözlərinə görə, söhbət sosial şəbəkələrdən əldə edilən informasiyadan gedir:
xa0
“Məqsədimiz Feysbuk şəbəkəsinin miqyasını və oradakı informasiyanın əhəmiyyətini nəzərə alaraq, jurnalistlərin belə materiallardan istifadəsini asanlaşdırmaqdır”x9d.
xa0xa0
KİV nümayəndələrinə yeni sistemdən istifadəyə icazə müraciət əsasında verilir. Siqnal sistemi sayəsində jurnalistlər Feysbuk və İnstaqramda dərc edilən şərh, fotoşəkil və videomateriallardan real vaxt rejimində istifadə edə biləcəklər. xa0





































































































