Nepalda iğtişaşlar zamanı 17 polis öldürülüb

Nepalda iğtişaşlar zamanı 17 polis öldürülüb

Hazırda oxunan: Nepalda iğtişaşlar zamanı 17 polis öldürülüb

92076
Nepalın qərbində etrazçılar və polis qüvvələri arasında baş vermiş toqquşmalar zamanı azı 17 asayiş keşikçisi ölüb. APA-nın “RİA Novosti”x9dyə istinadən verdiyi xəbərə görə, bu barədə Nepal DİN-in məlumatında bildirilir.  
 
Məlumata görə, etirazçılar polis əməkdaşlarından birini diri-diri yandırıb, digərini nizələrdən keçiriblər, daha birini isə baltalayıblar.  Məlumata görə, ölənlərdən 11-i DİN əməkdaşı, 6-sı isə hərbi polis işçisi olub.
 
Qeyd edək ki, insident Tilkapur şəhərində qeydə alınıb. Yerli əhalinin əksəriyyətini təşkil edən etnik Txaru xalqı hökumətdən yeni konstitusiyada torpaqlarına inzibati vahid statusunun verilməsini tələb edirlər.  Yeni konstitusiya layihəsi ölkənin 6 federal əyalətə bölünməsini və daxili sərhədlərin demarkasiyasını nəzərdə tutur.  
 
Hökumət şəhərə əlavə polis qüvvələri cəlb edib.  
 
İnsident nəticəsində çoxlu sayda yaralanan var. Onların dəqiq sayı barədə məlumat yoxdur.   
 
Ölənlərin sayının artacağı istisna olunmur.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO