İran Ramazan bayramına ikiqat sevinclə hazırlaşır   - VİDEO

İran Ramazan bayramına ikiqat sevinclə hazırlaşır - VİDEO

Hazırda oxunan: İran Ramazan bayramına ikiqat sevinclə hazırlaşır - VİDEO

86183
İranda sözün əsl mənasında bayram bayrama qarışıb. Müqəddəs Ramazan günlərində ölkələri üçün ən xoş xəbəri alan iranlılar hələ də ölkələri üçün aradan qaldırılan embarqonun həyacanını yaşayırlar.

ANS TV-nin xa0məlumatına görə, İranla “altılıq”x9d ölkələri arasında tarixi razılaşmanın sevinci burada insanların bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Bu baxımdan builki Ramazan bayramının ölkədə daha möhtəşəm qeyd olunacağı hiss olunur.

İranda bu bayramın xüsusi önəmi var. Dini bayramlar arasında ən böyüyü hesab edilən Ramazanda bayram ab-havası şəhərin hər guşəsində görünür. İranlılar xüsusən ölkənin önəmli tarixi günlərə qədəm qoyduğu bir dönəmdə builki fitr bayramına xüsusi hazırlıq görür.

“Çox şadam ki, bu bayram günlərində həm də dövlətimiz üçün önəmli bir hadisəni qeyd edirik. Dövlət rəhbərlərimizə təşəkkür edirəm ki, bu şəraiti yarada bildilər. Xalqımızı belə şad görmək çox sevindirir bizi”x9d, ”“ deyə Tehran sakini Əli Cavid bildirib.

“Bütün müsəlmanların bayramında biz həm də Vyanada razılaşdırılan nüvə bayramımızı keçiririk. Xoşbəxtik ki, belə əziz günlərdə iki bayram bizə qismət oldu”x9d, ”“ deyə Tehran sakini Həmid bəni Əhməd qeyd edib.

Bu günlərdə insanlar bir-birini təbrik edərək dost-qohumlara baş çəkir. Vəfat edən yaxınlarının məzarına gedib onları yad edir və ehsan üçün müxtəlif şirniyyat və yeməklər paylayırlar.

Fitr bayramındakı adətlərdən biri gəlinlərə hədiyyə aparmaqdır. Belə ki, xüsusi hədiyyə hazırlanır, müxtəlif şirniyyat və meyvələr də əlavə olunaraq keçən il ailə quran gəlinə təqdim olunur.

Bu bayramda fitrənin önəmi də çox böyükdür. Hər ailə üzərinə düşən fitrənı yığaraq kasıb insanlara və ya meydanlarda qurulan pavilyonlara verir ki, burdan da fitrə ehtiyacı olan adamlara göndərilir.

“Biz fitrə zəkatını həqiqi möhtacı olan adamlara ayırırıq ki, onlara çatsın. Qocalar evinə baş çəkirik, bayram gecəsini qohumlar bir yerə toplaşıb keçiririk. Bizim ailə bu gecə əriştə şorbası hazırlayır ki, buna bayram şorbası da deyirik”x9d, ”“ deyə Tehran sakini Tohid Tofiqi vurğulayıb.

Tehranda keçirilən mərasimlərdən biri isə İmam Xomeini adına böyük məsciddə inqilab rəhbəri Ayətullah Xaməneyi tərəfindən bərpa olunan fitr namazıdır.xa0

Bu namazdan sonra islam inqilabın rəhbəri xalqın qarşısında çıxış edib bayramla yanaşı İranın Vyanada “altılıq”x9d ölkələrilə tarixi razılaşması barədə da fikirlərini bəyan edəcək.xa0

Bu bəyanatı işıqlandırmaq üçünsə, 200-ə yaxın xarici və yerli jurnalist Tehrana gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO