Kadırov Almaniyadakı insident HAQDA: “Belə insanlar özlərini müsəlman adlandırmamalıdır”

Kadırov Almaniyadakı insident HAQDA: “Belə insanlar özlərini müsəlman adlandırmamalıdır”

Hazırda oxunan: Kadırov Almaniyadakı insident HAQDA: “Belə insanlar özlərini müsəlman adlandırmamalıdır”
82106
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çeçenistan rəhbəri Ramzan Kadırov Almaniyada Berlinin mərkəzindəki İbn Rüşd-Göte məscidində LGBT-lərə dəstək üçün göy qurşağı bayrağının dalğalandığı insidentdən hiddətlənib.

Bizim.Media xəbər verir ki, o, fikirlərini Telegram kanalında yazıb.

Kadırovun sözlərinə görə, məscidin imamı buna icazə verərək özünü “iyrənc” adam kimi göstərib. O, nəinki buna icazə verib, həm də aksiyaya haqq qazandırıb.

Çeçenistan rəhbərinin fikrincə, belə insanlar özlərini müsəlman adlandırmamalıdır.

“Mən başa düşə bilmirəm ki, bütün baş verənlərdən sonra bu məscidin imamları necə özlərini müsəlman adlandıra bilirlər. Bəs necə oldu ki,  camaat və Almaniya əhalisinin bütün müsəlmanları dinimizi gözdən salan bu hərəkətə səs-küylü, rezonanslı reaksiya vermədilər?! Avropa demokratiyasının dalğasından tamamilə dəli oldunuz?” deyə qəzəblənib.
Kadırov Almaniyadakı müsəlmanları baş verənlərə yenidən nəzər salmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO