Rusiya Ukraynanın bu vilayətlərinə hücum etdi: Ölənlər və yaralananlar var - Foto

Rusiya Ukraynanın bu vilayətlərinə hücum etdi: Ölənlər və yaralananlar var - Foto

Hazırda oxunan: Rusiya Ukraynanın bu vilayətlərinə hücum etdi: Ölənlər və yaralananlar var - Foto
648515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya ordusu sutka ərzində Ukraynanın müxtəlif bölgələrinə hücum edib. Nəticədə çoxsaylı yanğınlar baş verib, xəsarət alanlar var. Hücuma məruz qalan ərazilər arasında Poltava, Zaporojye və Xarkov vilayətləri də olub.

Bizim.Media xəbər verir ki, Poltava vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Rusiyanın atəşi nəticəsində özəl müəssisənin ərazisində yanğın baş verib. Ölən və ya yaralananlar barədə məlumat daxil olmayıb.

Həmçinin noyabrın 18-i axşam saatlarında Rusiya ordusu Zaporojyeyə hücum edib. Nəticədə iki nəfər xəsarət alıb. Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Mixail Semikin məlumat verib.

“Zərbələr nəticəsində üç fərdi yaşayış evində və bir avtomobildə yanğın baş verib”, – deyə o yazıb.

Məmurun sözlərinə görə, xəsarət alanlar kişi və qadındır.

Eyni zamanda, Zaporojye vilayəti Müdafiə Şurasının rəhbəri İvan Fedorov bildirib ki, Rusiyanın bölgəyə endirdiyi zərbələr nəticəsində sutka ərzində bir nəfər həlak olub, daha altı nəfər yaralanıb.

O əlavə edib ki, infrastruktur obyektlərinə, yaşayış evlərinə və avtomobillərə dəyən ziyanla bağlı ümumilikdə 104 müraciət daxil olub.

Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov isə Rusiya qüvvələrinin Çuquyevi atəşə tutduğunu bildirib.

“Dəqiqləşdirilmiş məlumata görə, düşmənin Çuquyevdə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr doqquzmərtəbəli yaşayış binasına düşüb. İlk zərbə binanın texniki mərtəbəsinə dəyib, çardaqda baş verən yanğın söndürülüb. İkinci zərbə isə girişlərdən birinin 6-cı və 7-ci mərtəbələri arasındakı pilləkən qəfəsinə düşüb”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə dörd nəfər xəsarət alıb, daha beş nəfər binanın yuxarı mərtəbələrindən xilas edilib.

Rusiya Ukraynanın bu vilayətlərinə hücum etdi: Ölənlər və yaralananlar var - Foto - foto 1
Rusiya Ukraynanın bu vilayətlərinə hücum etdi: Ölənlər və yaralananlar var - Foto - foto 2
Rusiya Ukraynanın bu vilayətlərinə hücum etdi: Ölənlər və yaralananlar var - Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO