Vətən müharibəsinin xronikası: 5 noyabr – Video

Vətən müharibəsinin xronikası: 5 noyabr – Video

Hazırda oxunan: Vətən müharibəsinin xronikası: 5 noyabr – Video
645998
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Bizim.Media 44 günlük Vətən müharibəsinin 40-cı gününün xronikasını təqdim edir.

• Döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Cəbhənin bəzi sahələrində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edilib.
 

İşğalçı ordunun hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.


• Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

• Azərbaycan Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

• Cəbhənin Tərtər istiqamətində düşmənin hərbi infrastrukturuna ciddi zərbələr endirilib. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndindəki 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya atəşi ilə dağıdılıb.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət kimi bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb. 

• Ermənistan ordusunun 41-ci artilleriya alayının batareyası və hərbi kolonu məhv edilib.

• Düşmənin dinc əhaliyə qarşı təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Ermənistan ordusu Goranboy rayonunun Meşəli kəndinə “Smerç” raketi atıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO