Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Hazırda oxunan: Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

641573

Arxeoloqlar ABŞ-ın Montana ştatındakı Bertut (Beartooth) dağlarında, dəniz səviyyəsindən təxminən 2700 metr hündürlükdə qədim daş alətlər aşkarlayıblar.

Bizim.Media xəbər verir ki, tapıntıların təxminən 13 min il əvvəl Şimali Amerikada yaşamış "Klovis" (Clovis) mədəniyyətinin nümayəndələrinə aid olduğu ehtimal edilir.
 

Əvvəllər alimlər həmin dövrdə bu yüksəkliklərin buzlaqlarla örtülü olduğunu və yaşayış üçün yararsız sayıldığını düşünürdülər. Yeni tapıntılar regionun iqlimi və məskunlaşma tarixi haqqında təsəvvürləri dəyişir.


Böyük hündürlükdə yerləşən zəngin alətlər kolleksiyası 2022-ci ildə baş verən güclü sel və eroziya nəticəsində torpaq qatlarının açılması ilə üzə çıxıb.

Qədim ovçuların bu yüksək dağlıq ərazilərdən mamont və bizon ovlamaq üçün istifadə etdiyi ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO