Portuqaliyanın Minyo Universitetinin alimləri müəyyən ediblər ki, insanın başqalarının üzündəki qəzəbi tanıma qabiliyyəti onun öz emosiyalarını necə idarə etməsindən asılıdır.
Bizim.Media xəbər verir ki, Cognition and Emotion jurnalında dərc olunan araşdırmaya əsasən öz əsəbini və hirsini daxilində gizlətməyə vərdiş edən şəxslər başqalarının üzündəki qəzəbli ifadələri (xüsusən emosiya tam açıq olmadıqda) daha gec və çətin fərq edirlər.
Öz emosiyalarını açıq ifadə edən insanlar isə başqalarının üzündəki hiddəti və qəzəbi daha tez və dəqiq tanıyırlar.
60 nəfər üzərində aparılan təcrübə göstərir ki, emosiyaların qavranılması hər kəs üçün eyni universal proses deyil; insanın öz emosional davranışı başqalarının hisslərini necə oxumasına birbaşa təsir edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:35 / 11.10.2026
Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf
Hazırda oxunan: Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf
Hazırda oxunan: Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf
641567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































