Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası oldu

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası oldu

Hazırda oxunan: Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası oldu

641551

Oktyabrın 10-da axşam saatlarında Yer kürəsində başlayan maqnit qasırğası iyul ayından bəri qeydə alınan ən güclü geomaqnit hadisəsi olub.

Bizim.Media  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş-Yer Fizika İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası baş verir. Sonuncu dəfə buna bənzər gücdə maqnit qasırğası 2026-cı il iyulun 4-də müşahidə olunub”, – deyə məlumatda bildirilib.

Alimlərin sözlərinə görə, geomaqnit pozuntularına həftənin əvvəlində Günəşdə baş verən güclü aktivlik nəticəsində kosmosa atılan plazma buludlarının Yerə çatması səbəb olub.

Hazırda maqnit qasırğasının intensivliyi G3 səviyyəsində qiymətləndirilir. Bu, güclü geomaqnit qasırğası kateqoriyasına daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO