Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Hazırda oxunan: Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

640783

Dünyadakı zavodlarda fəaliyyət göstərən sənaye robotlarının sayı ilk dəfə 5 milyonu ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Robototexnika Federasiyası məlumat yayıb.

Federasiyanın məlumatına görə, bir il ərzində işlək vəziyyətdə olan sənaye robotlarının sayı 9% artıb. Yeni quraşdırılan robotların sayı isə 11% artaraq 600 mini keçib.

Çin qlobal bazarda lider mövqeyini qoruyub. Ölkədə bir il ərzində quraşdırılan robotların sayı 20% artaraq 354 minə çatıb. Bu, dünyadakı yeni quraşdırmaların 59%-ni təşkil edir. Eyni zamanda, Çin istehsalçıları ölkənin daxili robot bazarının 55%-nə sahibdir.
 

ABŞ-da sənaye robotlarının quraşdırılması 12% artaraq 38 500-ə çatıb və ölkə ikinci pilləyə yüksəlib. Yaponiya isə göstəricinin 19% azalaraq 36 219-a düşməsindən sonra üçüncü sıraya enib.


Cənubi Koreyada 30 200, Almaniyada isə 24 800 sənaye robotu quraşdırılıb.

Hindistanda yeni quraşdırmaların sayı 15% artaraq 10 500-ə çatıb. Avropada isə Almaniyanın payına Avropa İttifaqında quraşdırılan yeni sənaye robotlarının 41%-i düşüb.

Proqnozlara görə, bu il dünyada quraşdırılan sənaye robotlarının sayı 655 minə çatacaq. 2029-cu ilədək isə bu göstəricinin 806 minə yüksələcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO