Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Hazırda oxunan: Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

640501

ABŞ-də hərbçilər, veteranlar və onların ailələri üçün nəzərdə tutulan səhiyyə proqramını milyonlarla dollar məbləğində aldadan psixi sağlamlıq klinikalarının sahibi məhkum edilib.

Bizim.Media xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Texasdan olan 64 yaşlı Kevin D. Curry 26 milyon dollarlıq səhiyyə dələduzluğu, qanunsuz ödənişlər və çirkli pulların yuyulması sxemində iştirakına görə federal münsiflər heyəti tərəfindən təqsirli bilinib.

Curry Texasda Acuity TMS of Plano və Acuity TMS of Fort Worth, Floridada isə Emerald Coast TMS of Fort Walton Beach klinikalarını idarə edib.

İstintaqa görə, o, ABŞ hərbçilərinə, veteranlara və onların ailə üzvlərinə tibbi xidmət göstərən TRICARE proqramına transkranial maqnit stimulyasiyası (TMS) prosedurları ilə bağlı saxta ödəniş tələbləri təqdim edib.
 

Prosedurların bir hissəsi ümumiyyətlə həyata keçirilməyib, bəziləri göstərilən həcmdə aparılmayıb, bəzi pasiyentlər isə bu müalicə üçün müəyyən edilmiş tələblərə cavab verməyib.


Prokurorluğun məlumatına görə, Curry hərbçiləri, veteranları və onların ailə üzvlərini TMS müalicəsinə cəlb etmək üçün 5,5 milyon dollardan çox qanunsuz ödəniş edib. O, həmçinin özünü həkim kimi təqdim edib, real həkimlərin məlumatlarından onların xəbəri və razılığı olmadan istifadə edib və əməkdaşlarına saxta tibbi sənədlər hazırlamağı tapşırıb.

Klinikalar TRICARE-a 26 milyon dollardan çox saxta və qanunsuz ödəniş tələbi göndərib. Proqram həmin tələblər əsasında təxminən 17 milyon dollar ödəyib.
 

İşin ən diqqətçəkən tərəflərindən biri əldə edilən pulların necə xərclənməsidir. İstintaqa görə, Curry qanunsuz gəlirlərin bir hissəsini bahalı otellərə, dəbdəbəli kazino üslublu məclisə və qiyməti 100 min dollardan çox olan qızıl örtüklü Tesla Cybertruck-a xərcləyib.


Curry səhiyyə dələduzluğu, qanunsuz ödənişlərin verilməsi və cinayət yolu ilə əldə edilmiş pullarla maliyyə əməliyyatlarının aparılması üzrə ümumilikdə 9 maddə üzrə təqsirli bilinib. Hər maddə üzrə onu maksimum 10 ilədək həbs cəzası gözləyə bilər. Cəzanın müddəti daha sonra federal məhkəmə tərəfindən müəyyən ediləcək. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO