Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Hazırda oxunan: Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

640359

Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun Ər-Riyad və Xurays şəhərlərində yerləşən obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiklərini iddia ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Husilərin hərbi nümayəndəsi Yəhya Saria hər iki əməliyyatın uğurla başa çatdığını iddia edib.

Onun sözlərinə görə, hədəflərə dəqiq zərbələr endirilib və hücuma məruz qalan obyektlərdə güclü yanğınlar baş verib.

Saria əlavə edib ki, hücumlar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının son 12 saat ərzində Səna və Yəmənin digər əyalətlərinə endirdiyi 50 hava zərbəsinə cavab olaraq  həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO