Kaliforniyada 1901-ci ildən yanan lampa 125 illiyini qeyd edib: uzunömürlülüyün sirri

Kaliforniyada 1901-ci ildən yanan lampa 125 illiyini qeyd edib: uzunömürlülüyün sirri

Hazırda oxunan: Kaliforniyada 1901-ci ildən yanan lampa 125 illiyini qeyd edib: uzunömürlülüyün sirri
640328
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Kaliforniya ştatının Livermor şəhərindəki 6 saylı yanğınsöndürmə məntəqəsində dünyanın ən uzunömürlü lampası 125 ildir yanır.

Bizim.Media xəbər verir ki, “Əsrlik lampa” adlanan bu işıq 1901-ci ildə yandırılıb və elektrik enerjisindəki fasilələr, təmir və köçürülmələr istisna olmaqla, o vaxtdan bəri demək olar ki, fasiləsiz işləyir. Onun 125 illik yubileyi 6 iyun 2026-cı ildə qeyd edilib.
 

Lampanın əsas xüsusiyyətlərindən biri karbon lifli közərmə telidir. Mütəxəssislərin fikrincə, telin möhkəm və qalın olması, həmçinin lampanın aşağı temperaturda işləməsi onun uzunömürlülüyünə səbəb ola bilər. Hazırda lampa təxminən 4 vatt enerji sərf edir və çox zəif işıq saçır.


Maraqlıdır ki, lampa onu izləyən üç veb-kameradan daha uzun ömürlü olub. 2013-cü ildə isə 9 saat 45 dəqiqə sönüb. Səbəb lampanın özü deyil, enerji təchizatı blokundakı nasazlıq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO